Ordu.az xəbər verir ki, bunu erməni iqtisad elmləri doktoru, Ermənistan Elmlər Akademiyasının həqiqi üzvü Yuri Suvaryan deyib.
Onun sözlərinə görə, İran körfəzi ölkələrində erməni icmasının sayı getdikcə azalır.
“Eyni zamanda bu ölkələrdə əvvəlki kimi ermənilərə öz şəxsiyyətlərini qoruyub saxlamağa imkan verən elementlərin (qəzet və mədəniyyət mərkəzləri də daxil olmaqla) fəaliyyət göstərməsi vacibdir”, - deyə Suvaryan qeyd edib.
Erməni akademik bildirib ki, bu gün birqütblü dünya nizamından çoxqütblü dünya nizamına keçid uğrunda mübarizə aparılır: “Aydındır ki, Şərq yenidən çiçəklənir və əvvəlki mövqelərini bərpa etməyə çalışır”.
Alpər Mövludoğlu
Ordu.az