Türkiyəni Azərbaycana hansı yollar bağlayacaq? - Zəngəzurda 4-5 yol variantı müzakirə olunur

2022/07/sdf45-1656666863.jpg
Oxunub: 2003     16:45     05 İyul 2022    
Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasını nəzərdə tutur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr üçtərəfli bəyanatın 9-cu bəndini sitat gətirərək bildirib: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

“Ermənistan səlahiyyətliləri blokadadan çıxarılmış yolların hardan keçəcəyini, yəni Azərbaycandan Türkiyəyə və əksinə hansı yollarla bağlanacağını açıqlamağa tələsməsələr də, Zəngəzurda 4-5 yol variantının müzakirə olunduğunu deyirlər, bununla azərbaycanlıların Ermənistan ərazisindən sərbəst hərəkət etməsinə icazə verəcəklər. Ola bilər beş yolun hamısı, ola da bilər bir-ikisi işə salınsın, səlahiyyətlilər hələlik bunu açıqlamırlar. Biri Qubadlı-Bazarçay-Xot yolu, digəri Biçənək (Naxçıvan)-Kəlbəcər istiqamətidir. Üçüncüsü, dövlətlərarası avtomobil yolu Sisianın Noravan kəndindəki kəsişmədən Naxçıvan və Kəlbəcərlə birləşir. Dördüncü yol Qubadlı-Laçın istiqamətidir, Xınzirək kəndinin yaxınlığından keçir. Həmçinin Laçından Kəlbəcərə gedən yolun, eləcə də Cermukdan Kəlbəcərin yuxarı hissəsinə qədər olan hissənin tikintisindən danışılır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Yol  


Bizi "telegram"da izləyin