Ermənistanda ölmüş hərbçinin atasını döyən polislər mükafatlandırılır

2022/05/27946-1651749766.jpg
Oxunub: 359     16:12     05 İyul 2022    
Müqavimət hərəkatı zamanı etirazçılara qarşı qəddar və qeyri-insani münasibəti ilə seçilən polis əməkdaşları bir-birinin ardınca hakimiyyət tərəfindən mükafatlandırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, hətta 44 günlük müharibədə ölmüş erməni hərbi qulluqçu Haykaz Mkrtçyanın atası Zaven Mkrtçyanı döyən polis də Baş nazir Nikol Paşinyan tərəfindən mükafatlandırılıb.

“Söhbət Ermənistan Polis Qoşunlarının 1032-ci hərbi hissəsinin (Davitaşen) əlahiddə alayının komandirinin müavini Serob Markaryandan gedir, Paşinyan iyunun 24-də Polis Qoşunlarının yaranmasının 30 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edərkən onu medal və fəxri fərmanla təltif edib. İyunun 3-də hökumət evlərinin qarşısında, Dəmirçyan-Proşyan kəsişməsində baş vermiş məlum insident zamanı dinc nümayişçilərə qarşı xüsusi tədbirlər və kobud güc tətbiq edilərkən Ermənistan Polis Qoşunlarının 1032-ci hərbi hissəsinin (Davitaşen) xüsusi təyinatlı dəstəsinin bir qrup “qara beretli”si aşkar güc tətbiq etməklə ölmüş erməni hərbi qulluqçunun atasını həbs etmişdilər. Onlardan bəziləri təpiklə, bəziləri isə yumruqla ölmüş hərbi qulluqçunun atasının başına, müxtəlif bədən hissələrinə zərbə vururdu”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Polis  


Bizi "telegram"da izləyin