Ermənistanla Türkiyə arasındakı razılaşmalar yay ərzində həyata keçirilə bilər

2021/12/10517-1640340524.jpg
Oxunub: 519     12:32     05 İyul 2022    
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindən bəri ilk dəfədir ki, bizdə aydın razılaşmalar var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

Onun sözlərinə görə, üçüncü ölkə dedikdə Ermənistan və Türkiyədən başqa bütün ölkələr nəzərdə tutulur.

“Bu cür proseslərdə razılaşmaların icrası çox vacibdir və ilk razılaşmalara gəlincə, onların vaxtında həyata keçirilməsi olduqca vacibdir, çünki onların icrası etimad yaradacaq, yerinə yetirilmədiyi təqdirdə isə prosesin gedişini pozacaq”, - deyə Rubinyan qeyd edib.

Ermənistan parlamentinin sədr müavini bildirib ki, Vyanada siyasi qərar qəbul edilib və texniki detallar, məsələn, sərhəd-keçid yeri, rejim və sair məsələlər hələ iki ölkənin müvafiq idarələrinin nümayəndələri vasitəsilə iş qaydasında razılaşdırılmalıdır.

O vurğulayıb ki, Türkiyə ilə razılaşmaların bu yay ərzində həyata keçirilməsini məntiqli hesab edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə   Rubinyan  


Bizi "telegram"da izləyin