Yaponiya Rusiya və Belarusa sanksiya tətbiq edib

2022/06/1656594116.jpg
Oxunub: 236     11:56     05 İyul 2022    
Yaponiya Ukraynaya müdaxiləyə görə Rusiya və Belarusa sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb.

Rəsmi Tokionun sanksiyalar siyahısında Rusiyanın 57 vətəndaşının və 6 şirkətinin adı var.

“Qara siyahıya” Ukraynanın Xerson vilayətinə işğaldan sonra Rusiya tərəfdən təyin edilən “başçı” Vladimir Saldo və “onun müavini” Kirill Stremousov, Rusiya Baş nazirinin müavini Dmitri Qriqorenko, Rusiyanın xalq artisti Sergey Rolduqin və həyat yoldaşı, “Severstal” şirkəti Direktorlar Şurası və “Güc maşınlar”ının başçısı Aleksey Mordaşovun qohumları – Marina, Kirill və Nikita Mordaşovlar da daxildir.

Rusiyanın “Almaz-Antey” şirkəti, Mədəni Strateji Fondu, “SouthFront”, “İnforos” və başqa portalları da siyahıya daxil edilib.

Rəsmi Tokio Rusiyanın 65, Belarusun 25 şirkətinin ixrac etdikləri mallara da sanksiya tətbiq edib. Onların arasında Novosibirsk Aviasiya zavodu, “Qradient” Elmi-Tədqiqat İnstitutu da var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin