Kiyev vilayətində həlak olan mülki vətəndaşların sayı açıqlanıb

2022/04/16498-1650536165.jpg
Oxunub: 226     11:33     05 İyul 2022    
Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində Kiyev vilayətində ölənlərin sayı açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba "RBK - Ukraina"ya müsahibəsində deyib.

“Rusiyanın təcavüzü nəticəsində rəsmi olaraq bu gün ölmüş hesab etdiyimiz mülki şəxslərin sayı 1 339 nəfərdir. 700-ə yaxın insanın silahla öldürüldüyü, yəni güllə yaralarının olduğu sənədləşdirilib. Amma bu rəqəm, təəssüf ki, hər həftə artır, çünki yeni hallar aşkarlanır”, - o bildirib.

Kiyev vilayətinin hərbi administrasiyasının məlumatına görə, vilayətdə 26 minə yaxın obyekt zədələnib və ya dağıdılıb ki, onlardan 5 minə yaxını fərdi ev və təxminən 170-i hündürmərtəbəli binadır.

Eyni zamanda, 4 məktəb, 6 uşaq bağçası və iki xəstəxana tamamilə dağıdılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Ölüm  


Bizi "telegram"da izləyin