Şotlandiya və Uels Ukraynaya hərbi yardım ayırıb

2022/07/1657003656.jpg
Oxunub: 377     15:46     05 İyul 2022    
Şotlandiya və Uels Ukraynaya 100 milyon funt-sterlinq həcmində hərbi yardım ayırmağı qərar alıb.

Ordu.az “RBK Ukraina”ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Baş naziri Boris Conson məlumat verib.

Bildirilib ki, Şotlandiya 65, Uels isə 35 milyon funt-sterlinq vəsait ayırıb.

Xatırladaq ki, Avstraliya isə Ukraynaya 100 milyon dollarlıq hərbi yardım paketi verəcək.

Bundan əlavə, iyulun 1-də ABŞ Ukraynaya 820 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Buraya iki NASAMS hava hücumundan müdafiə sistemi və HIMARS çoxsaylı buraxılış raket sistemi daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şotlandiya   Uels   Ukrayna  


Bizi "telegram"da izləyin