"Qərbin yardımlarına baxmayaraq, Ukrayanda hədəfə çatacağıq" - Patruşev

2021/08/nikol-1629349054.jpg
Oxunub: 250     10:32     05 İyul 2022    
“ABŞ və Qərbin Ukraynaya hərbi yardım etməsinə, Pilotsuz Uçuş Aparatlarının tədarükünü artırmasına baxmayaraq, qarşıya qoyulan hədəfə çatılacaq”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Xabarovskda Uzaq Şərq Federal Dairəsində ölkəsinin milli təhlükəsizlik məsələlərinə həsr edilən müşavirədə bildirib.

O, Ukraynanı "neonasistlərin soyqırımı"ndan müdafiə etdiklərini iddia edib: “Ukraynada neonasizmin yayılmasının, ABŞ-ın Ukrayna ərazisində biolaboratoriyasının, hərbi-bioloji proqramının fəaliyyətinin qarşısını almaq məqsədilə hərbi əməliyyat keçirməyə məcbur idik”.

Qeyd edək ki, Nikolay Patruşev 1999-cu il avqustun 9-dan 2008-ci il mayın 12-dək Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru işləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Patruşev  


Bizi "telegram"da izləyin