Ordu.az "ABC news"a istinadən xəbər verir ki, şahidlərin bildirdiyinə görə, hücum edən şəxs təkbaşına hərəkət edib və onlarla atəş açıb.
Səlahiyyətlilərə görə, atəş açan şəxs azadlıqdadır və polis onu axtarır.
*****
ABŞ-ın Çikaqo yaxınlığındakı İllinoys şəhərində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı atışma baş verib.
Ordu.az xəbər verir ki, bu barədə "Chicago Sun-Times" məlumat yayıb.
İnsident parad başlayandan az sonra qeydə alınıb. Hadisə nəticəsində iki nəfər ölüb, bur neçə nəfər yaralı var. Paradda olanlardan biri 20-yə yaxın atəş eşidib.
Tədbir ləğv edilib. Polis hadisə yerindədir.
Ordu.az