Yaxın 8 ildə SZ əsaslı kibertəhlükəsizliyə investisiyalar 190 milyard dollara çatacaq

2021/12/HXSBF-1639043805.jpg
Oxunub: 3422     14:32     29 Oktyabr 2022    
2030-cu ilə qədər qlobal kibertəhlükəsizlik bazarında Süni Zəkaya (Artificial Intelligence – AI) yatırılacaq investisiyanın məbləği 189,5 milyard ABŞ dollarına çatacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-da yayılan qlobal “AI in the Cyber Security Market” hesabatında bildirilir.

Ümumilikdə 150 ölkədə aparılmış araşdırma nəticəsində hazırlanan sənədə görə, 2020-ci ildə bu rəqəm 16 milyard ABŞ dolları olub.

Sənəddə qeyd edilir ki, 2021-2030-cu illərdə SZ-yə ayrılan investisiyaların məbləği illik ortalama 28,2% artacaq.

Bu sahəyə sərmayələri artıran şirkətlər sırasında IBM, “Check Pint Software Technologies Ltd”, “Intel Corporation”, Cisco Systems Inc.”, “Symantec Corporation” və s qlobal koroproasiyaların adları yer alıb.

Süni Zəkanın əsasən nitqin tanınması, şəkillərin və təbii dilin emalı, həmçinin maşın öyrənilməsində daha çox istifadəsi nəzərdə tutulur.

Bu prosesdə ABŞ, Kanada, Meksika, Birləşmiş Krallıq, Almaniya, Yaponiya, İtaliya, Fransa kimi ölkələr aktivlik nümayiş etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin