Şolts: “Almaniya obyektiv səbəblərdən Ukraynaya hərbi yardımı intensiv həyata keçirə bilmir”

2022/04/image-1649250914.jpg
Oxunub: 712     22:53     03 İyul 2022    
“Almaniya obyektiv səbəblərdən Ukraynaya hərbi yardımı ABŞ kimi intensiv şəkildə həyata keçirə bilmir”.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “CBS”yə müsahibəsində bildirib.

“Düşünürəm ki, bizimlə ABŞ kimi bir ölkə arasında fərq olduğunu başa düşməlisiniz: Vaşinqton müdafiəyə çox pul xərcləyir, ona çox sərmayə qoyur və buna görə də böyük silah ehtiyatına malikdir. Biz Ukraynaya əlimizdən gələn köməyi göndəririk, silahdan istifadə qaydalarını öyrədirik.

Bu məsələlərdə dünən “Google”da məlumat axtaran və indi tamamilə hər şeyi bildiklərini düşünən çoxlu “bilikli” tənqidçilərə rast gəlmək olar”-deyə, o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Almaniya  


Bizi "telegram"da izləyin