İsrail ordusu Livandan uçan üç PUA vurub

2022/07/Aeros-1656785471.jpg
Oxunub: 520     21:40     02 İyul 2022    
İsrail ordusu Livandan uçan üç pilotsuz uçuş aparatı vurduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildrilir ki, PUA-lar İsrail ərazisinə girərkən döyüş təyyarələri və gəmilər onu vurub.

"Bu gün bir döyüş təyyarəsi və bir raket gəmisi Livandan İsrailin hava məkanına və iqtisadi dəniz zonasına uçan üç pilotsuz uçuş aparatını vurub", - deyə ordunun bəyanatında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan   PUA  


Bizi "telegram"da izləyin