Ukrayna ABŞ-dan əlavə 50 milyon dollarlıq silah və texnika alacaq

2022/07/javel-1656783039.jpg
Oxunub: 533     21:18     02 İyul 2022    
Ukrayna ABŞ-dan əlavə 50 milyon dollar dəyərində silah və texnika alacaq.

Ordu.az xəbər verir ki, bu barədə Bu barədə dövlət katibi Antoni Blinkenin ABŞ-ın Ukraynadakı səfirliyinin saytında dərc edilmiş bəyanatında deyilir.

"Ukraynalılar ölkələri uğrunda mübarizəni davam etdirirlər və ABŞ onların layiqli işini dəstəkləyir. Ukraynanın müstəqilliyinə, təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, - bəyanatda deyilir.

Blinken Ukraynanın özünümüdafiəsi üçün ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından on dördüncü silah və texnikanın ayrılmasını qeyd edib.

“ABŞ Ukraynaya ümumi hərbi yardımını 6,92 milyard dollara çatdıracaq", - Blinken əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin