İranda "Bəsic" qüvvələrinin mənzil-qərargahında iki partlayış olub

2022/07/1656766784.jpg
Oxunub: 1108     16:20     02 İyul 2022    
İran İnqliab Keşikçiləri Qvardiyasının əsas bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında partlayış olub.

Ordu.az xəbər verir ki, məlumatı “Iran International” saytı yayıb.

Məlumata görə, Tehranın cənub-şərqində yerləşən qərargahda azı 2 partlayış olub.

Partlayışın videosu yayılıb. Orada mənzil-qərargahın binasından qalxan alov və tüstü aydın görünür.

Hadisənin məsuliyyətini İran hakimiyyətinə müxalif “Xalq Mücahidləri” təşkilatı öz üzərinə götürüb. İran bu qurumu terrorçu qrup olaraq tanıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin