Dövlət qurumları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

2021/08/21_15-1628007736.jpg
Oxunub: 895     15:20     02 İyul 2022    
Bu ilin iyun ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı may ayı ilə müqayisədə 50,3% artaraq 714 ədəd təşkil edib.

Ordu.az-ın Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, iyun ayı ərzində mərkəzə daxil olan sorğulardan 91,2%-nə baxılıb və təmin edilib.

Məlumata əsasən, iyunda Azərbaycan internet məkanında dövlət qurumlarına aid 7 domen və 9 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 68 hesabat təqdim edilib.

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3001 ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 36,6% çoxdur.

Qeyd olunan dövr ərzində ümumi sorğuların 94,3%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 221 hesabat təqdim edilib. Bu ilin ilk altı ayında Azərbaycanın internet seqmentində 28 domen və 85 subdomen qeydiyyata alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiber   Azərbaycan  


Bizi "telegram"da izləyin