"1in.am": Əsgərlərin rəqibə məlumat ötürməsi erməni siyasi "elitası"nın biabırçılığıdır

2022/07/dfg4f-1656761665.jpg
Oxunub: 755     10:08     05 İyul 2022    
Ermənistan ictimaiyyəti ölkənin Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edən, Azərbaycanın xüsusi xidmət orqanlarının işə cəlb etdiyi agentlərlə bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin ifşası qarşısında çaşqın və məəttəl qalıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "1in.am" nəşri yazıb.

Qeyd olunub ki, xüsusən Ermənistan ictimaiyyətinə Ermənistan ordusu haqqında onilliklər boyu aparılan rəsmi təbliğatla aşılanmış ideya və inanclar fonunda bu, həqiqətən də təəccüblüdür.

"Lakin bütün məsələ ondadır ki, həmin təbliğat mütləq ola bilmədiyi kimi, bu gün "alınan" faktiki əks-təbliğat da mütləq ola bilməz. Bir neçə on və ya bir neçə yüz əsgərin cəlb edilməsi və onların rəqibə məlumat ötürməsi Ermənistan ordusunun deyil, erməni siyasi "elita"sı adlanan təbəqənin biabırçılığı və rüsvayçılığıdır", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Siyasi-elita   Biabırçılıq  


Bizi "telegram"da izləyin