Aİ və Ukrayna Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində işləyir

2022/07/1656761688.jpg
Oxunub: 473     16:09     02 İyul 2022    
Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümyəndəsi Cozep Borrell arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Dmitri Kuleba "Twitter"də bildirib.

Nazirin sözlərinə görə, tərəflər Ukraynanın Aİ-yə namizəd ölkə olduqdan sonra gələcək addımları və G20 ölkələrinin xarici işlər nazirləri toplantısı öncəsi əlaqələndirilmiş mövqeləri müzakirə ediblər.

"Hər ikimiz Aİ-nin Rusiyaya qarşı yeddinci sanksiya paketinin zəruriliyi barədə razıyıq və bunun üzərində işləyirik", - Kuleba qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin