"7or.am": Nikolun əsl şüarı "Gələcək yoxdur" şüarıdır

2022/07/sd8f7-1656759460.jpg
Oxunub: 466     17:47     06 İyul 2022    
Nikol Paşinyan növbədənkənar parlament seçkilərində "Gələcək var" şüarı ilə iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "7or.am" nəşri yazıb.

Qeyd olunub ki, Nikolun "Gələcək var" şüarının üç komponenti var idi: 1) Sülh dövrü; 2) Talana qarşı mübarizə; 3) Yaxşı həyatın təmin edilməsi.

"Sonuncu bənddən başlayaq. Nikol Türkiyə və Azərbaycanla münasibətləri nizamlamaqla, mis zavodu tikməklə yaxşı həyat vəd edirdi. Nikolun dediyi o idi ki, rəqib olan qonşularımızın istəklərini yerinə yetirməliyik, sərhədləri, yolları açmalıyıq, yaxşı yaşamalıyıq. Mis əritmə zavodunu isə bonus olaraq alacağıq. Reallıq budur ki, Türkiyə və Azərbaycan Şuşada imzalanmış anti-erməni bəyannaməsi çərçivəsində Ermənistana qarşı işləyirlər. Əgər onların tələbləri və şərtləri yerinə yetirilərsə, o zaman həyat yaxşılaşmayacaq, qurbangahda Ermənistan və Qarabağ olacaq. İndi biz bu prosesin şahidiyik", - deyə nəşr bildirib.

Müəllif yazyıb ki, Nikolun əsl şüarı "Gələcək yoxdur" şüarıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Gələcək  


Bizi "telegram"da izləyin