Ordu.az xəbər verir ki, bunu Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının üzvü Jirayr Sefilyan deyib.
Sefilyan qeyd edib ki, onlar Laçınla bağlı təhlükədən bir il əvvəl danışırdılar.
"Bu gün biz Laçından danışırıq, amma qeyd etmək istəyirəm ki, biz bu təhlükədən bir il əvvəl danışırdıq. Hamı susdu, bizi ittiham etdi, dedi ki, belə bir şey yoxdur. Halbuki 10 noyabr sənədini oxuyub başa düşsəydilər, hər şeyin belə olacağını təxmin edərdilər. Hər halda hələ vaxt var. Əgər insanlar, xüsusən də Laçında yaşayanlar müqavimət göstərsələr, əminəm ki, bu əhalinin azalması təhlükəsini mümkün qədər təxirə salmaq üçün imkan yaranacaq. Əgər Xankəndidəki adamlarda və Ermənistan səlahiyyətlilərində bir az ermənilik əlaməti olsaydı, əminəm ki, bütün bunları təxirə salmaq olardı. Bu prosesi təxirə salmaq üçün bir çox həll yolları var, sadəcə bir istək lazımdır", - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az