Ordu.az xəbər verir ki, bunu Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının şura üzvü Qaregin Çuqaszyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin nümayəndələri bu gün Ermənistanla Qarabağı birləşdirən infrastrukturlardan danışmırlar.
"Yeni yolla qaz necə tədarük olunacaq? Bu o deməkdir ki, Qarabağ əhalisi (qanunsuz məskunlaşmış ermənilər – red.) manatla satınalmalar həyata keçirəcək. Bütün bunları necə təsəvvür edirsiniz? Qarabağ əhalisini ya ərazini tərk etməyə, ya da özünü Azərbaycan vətəndaşı elan etməyə məcbur edəcəklər", - deyə Çuqaszyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az