Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Hakob Hakobyan deyib.
Hakobyan bildirib ki, İlham Əliyevin açıqlamalarına fikir bildirmək istəmir, ermənilər üçün daha vacib olan Ermənistan hakimiyyətinin mövqeyidir.
"Bu 30 il ərzində bir çox siyasi qüvvələr, son dövrdə isə həm də biz dəfələrlə qeyd etmişik ki, Qarabağın 7 rayonunu təhvil verməklə Qarabağ münaqişəsi məsələsini həll edəcəyimiz heç kimin ağlından keçməməlidir, çünki bu yeddi rayonu təhvil verdikdən sonra bu yeddi rayona bitişik olan rayonları da təhvil verməyə məcbur olacağıq. Qarabağı təhvil verəndən sonra isə Ermənistanın da rayonlarını təhvil verməyə məcbur olacağıq", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az