"Hraparak": Laçın, Zabux və Susun ermənilərdən boşaldılması məsələsi müzakirə olunur

2022/04/1651218154.jpg
Oxunub: 546     11:22     05 İyul 2022    
"Ötən gün Arayik Harutyunyan (baş seperatçı – red.) sualları cavablandırıb və diqqətçəkən bəyanatlar verib".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

""Ardarutyun" fraksiyasının üzvü Metakse Hakopyan Arayik Harutyunyana müraciət edərək bildirib: "10 noyabr bəyanatına görə, üç il ərzində Laçın dəhlizindən keçən alternativ yolun planı tərəflərlə razılaşdırılmalı idi. Hazırda bizə Laçını dəhlizi boyunca yerləşən və eni 5 km-dən artıq olan yol təqdim olunur, bu səbəbdən Laçın, Zabux və Sus icmalarının əhalisinin boşaldılması məsələsi yaranıb. Ermənistan Baş naziri deyir ki, bu marşrutun seçilməsində Qarabağ "səlahiyyətliləri" iştirak ediblər və biz onların seçimlərini rəhbər tutmuşuq. Bu yeni salınan yol altıncı bənddə təsvir olunan yola aiddir, yoxsa fərqli yoldur, bəlkə də daha üstündür? Razılıq vermisinizmi, əgər belədirsə, razılıq verməzdən əvvəl nə vaxt razılıqvermisiniz və yuxarıda qeyd olunan yaşayış məntəqələrinin əhalisinin azaldılmasını nəzərdə tutmusunuz?". Harutyunyan bu suala belə cavab verib: "Həm Azərbaycandan, həm də Rusiyadan marşrutla bağlı bir neçə təklif olub. Bütün təkliflər geri çevrilib. Mövcud magistral, daha doğrusu, təklif olunan magistral yol "parlament"də olan bütün "siyasi qüvvələr"in iştirak etdiyi "təhlükəsizlik şurası"nda bir neçə dəfə müzakirə olunub. Biz öz fikrimizcə ən yaxşı variantı seçmişik. Burada açmaq istəmədiyim sirlər var. Niyə biz bu variantı seçdik? Bu, gələcək təhlükəsizlik problemimizin əsası idi". Bu kontekstdə o da diqqət çəkir ki, Harutyunyan “ədalət” fraksiyasının rəhbəri Davit Qalstyanın 6-cı bəndin icrasına nəyin mane olması ilə bağlı sualını cavablandırıb. "Biz o bənddən imtina edə bilərik, amma nəticələrini də müzakirə edirik, yolun bizim üçün təhlükəsiz olub-olmadığını müzakirə edə bilərik, təkcə nəqliyyat baxımından yox, başqa baxımlardan da olduqca yaxşı yoldur, mən bunu müzakirə etmirəm", - deyə o bildirib", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Zabux   Sus  


Bizi "telegram"da izləyin