"Hayeli.am": Lavrov Bakıda Azərbaycanla birgə informasiya əməkdaşlığı ilə bağlı əlamətdar saziş imzalayıb

2022/07/timth-1656756566.jpg
Oxunub: 811     20:08     02 İyul 2022    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl Bakıda bəyan edib ki, Rusiya Azərbaycanla münasibətlərə dəyər verir və müttəfiqlik əməkdaşlığının inkişaf etdiriləcəyini gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hayeli.am" nəşri yazıb.

Nəşr Lavrovun sözlərini sitat gətirərək qeyd edib: "Dünyanın vəziyyəti fikir və qiymətləndirmələrin, razılaşmaların daimi mübadiləsini tələb edir, bunlar fevralda imzalanmış müttəfiqlik əməkdaşlıq bəyannaməsi fonunda tərəflərin maraqlarını nəzərə alır, müttəfiqlərə uyğundur".

"Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, onun üçün sözün əsl mənasında çiçəklənən Bakıda olmaq həmişə xoşdur: "Biz münasibətlərimizi yüksək qiymətləndiririk, şəxsi əlaqələri birgə iş problemlərimizin müzakirəsi ilə birləşdirmək həmişə xoşdur". Bu, Rusiya-Azərbaycan yaxınlaşmasının yeganə təzahürü deyil. Digər, daha məzmunlu sahədə Moskva və Bakı əməkdaşlıq səviyyəsində yeni körpülər qurub. Belə ki, Lavrov Bakıda Azərbaycan tərəfi ilə birgə informasiya əməkdaşlığı ilə bağlı əlamətdar saziş imzalayıb. Rusiya və Azərbaycan iki ölkənin media strukturları arasında sıx əməkdaşlıq haqqında razılığa gəliblər", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Bakı   Azərbaycan  


Bizi "telegram"da izləyin