"1in.am": Lavrovun Bakıda Qarabağdakı xüsusi roluna eyham vurdu

2022/07/100-7-1656756410.jpg
Oxunub: 690     15:22     02 İyul 2022    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda həmkarı Ceyhun Bayramovla görüşündən sonra bəyan etdi ki, Minsk qrupunun həmsədrliyi ABŞ və Fransaya görə fəaliyyətini dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "1in.am" nəşri yazıb.

Nəşrə görə, Lavrov aprelin əvvəlində bəyan etmişdi ki, Vaşinqton və Paris Ukraynadakı müharibəyə görə Moskva ilə həmsədrlik formatında işləməkdən imtina edirlər.

"Lavrovun bəyanatından sonra demək olar üç aylıq sükut olub, ardınca ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın həmsədrlik formatında işləməyə hazır olduğunu bəyan edib. Bununla belə Moskva faktiki olaraq rədd cavabı verir ki, bu da tək qiymətli vəziyyət deyil. Vaşinqtonun eyhamını qəbul edən Rusiya bəlkə də bunun ətrafında siyasi sövdələşmə qurmağa və yüksək qiymət qoymağa, məsələn, Rusiyanın Qafqazdakı vəziyyətin idarə olunmasında xüsusi rolunu həmsədrlik formatında düzəltməyə çalışır", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Bakı   Qarabağ  


Bizi "telegram"da izləyin