Ukrayna XİN başçısı iranlı həmkarını ölkəsinə dəvət edib

2022/07/1656742666.jpg
Oxunub: 341     10:00     02 İyul 2022    
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışğı olub.

Ordu.az xəbər verir ki, məlumatı “Tasnim” xəbər agentliyi yayıb.

Bildirilib ki, telefon danışığı zamanı H.Ə.Abdullahian İranla Ukrayna arasında son 30 ildə əlaqələrin dostluq, hörmət və qarşılıqlı əməkdaşlıq üzərində qurulduğunu qeyd edib. O, müqavilələr çərçivəsində Qara dənizdən taxılın daşınması üçün dəhliz yaranmasında İranın iştiraka hazır olduğunu bildirib.

Eyni zamanda, tərəflər ikitərəfli münasibtələrə dair məsələləri də müzakirə ediblər.

Söhbət zamanı Ukrayna XİN başçısı iranlı həmkarını ölkəsinə dəvət edib.

Qeyd edək ki, bu günlərdə İranın iş adamları ilə Donetskdəki separatçılar arasında Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində ticarət haqqında razılaşmalar imzalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   XİN  


Bizi "telegram"da izləyin