"Thales" Rusiyadakı fəaliyyətini dayandırır

2018/07/37753386_2612410968985055_1627916918717415424_n_1532451523.jpg
Oxunub: 650     06:01     02 İyul 2022    
Fransanın "Thales" şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

Ordu.az xəbər verir ki, bu barədə "TASS"a şirkətin nümayəndəsi Vanessa Viala bildirib.

"Biz təsdiq edə bilərik ki, "Thales" Rusiyadan gedir", - deyə nümayəndə qeyd edib.

Qeyd edək ki, "Thales" şirkəti rabitə, kibertəhlükəsizlik və böyük həcmdə məlumatlar sahələrində yüksək texnologiyalı inkişaflar üzrə ixtisaslaşıb. Şirkət eyni zamanda bank kartları üçün təhlükəsizlik modullarının istehsalı ilə də məşğuldur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Thales   Rusiya  


Bizi "telegram"da izləyin