Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.
"Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 820 milyon dollarlıq əlavə müdafiə yardımı elan edib", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, ABŞ-ın son yardım paketi Ukraynaya HIMARS reaktiv yaylım atəşi sistemləri üçün əlavə raketlər, iki NASAMS zenit-raket kompleksi, 155 mm-lik haubitsalar üçün təxminən 150 min mərmi, dörd əlavə artilleriya əleyhinə radarın verilməsini nəzərdə tutur.
Ordu.az