Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər

2022/07/1656738369.jpg
Oxunub: 393     23:39     01 İyul 2022    
Türkiyənin Ankara və İstanbul şəhərlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin ilk iclası keçirilib.

Ordu.az xəbər verir ki, iyunun 29-dan iyulun 1-dək keçirilən iclasda ölkəmizi Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən hərbi, iqtisadi, enerji, nəqliyyat, qida təhlükəsizliyi, informasiya təhlükəsizliyi, terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə mövzularında müzakirələr aparılıb, bu istiqamətdə müasir çağırış və təhdidlərin öhdəsindən gəlinməsinə dair fikir mübadiləsi edilib və bu sahələrdə türk dövlətləri arasında güclənən əməkdaşlığın əhəmiyyətli olduğu vurğulanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilən nümayəndə heyətləri daxili işlər naziri Süleyman Soylu və Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbərliyi ilə görüşüblər. Bununla yanaşı, heyətlər Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkətini ziyarət edib, qardaş Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi qürurverici nailiyyətlərlə yerində tanış olublar.

Həmçinin, nümayəndə heyətləri İstanbuldaki tarixi binada yerləşən TDT-nin yeni mənzil qərargahını ziyarət edərək, təşkilatın Baş katibi Bağdad Amrayevlə görüşüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT    


Bizi "telegram"da izləyin