Avropa Komissiyası Ukraynaya 1 milyard avro ayırmağı təklif edir

2022/06/8-27-1656221320.jpg
Oxunub: 365     20:07     01 İyul 2022    
Avropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində təcili makromaliyyə yardımının birinci hissəsinin ayrılmasını təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə bildirib.

"Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək", - Avropa Komissiyasının rəhbəri deyib.

O, qeyd edib ki, Avropa İttifaqı Ukraynaya yardımı davam etdirəcək və uzunmüddətli perspektivdə onun bərpasına dəstək verəcək.

Bundan əvvəl Avropa Komissiyasının Ukraynaya doqquz milyarda qədər makromaliyyə yardımı göstərməyə hazırlaşdığı bildirilirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Ukrayna  


Bizi "telegram"da izləyin