Finlandiya Prezidenti: “YPG və digər terror təşkilatlarına yardım etməyəcəyik”

2022/07/gf45h-1656684247.jpg
Oxunub: 401     17:28     01 İyul 2022    
“Finlandiya xalqı terrorla mübarizədə daha sərt davranmaq lazım olduğunu anlayır”.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Türkiyənin NTV kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Finlandiya YPG və ya digər təşkilatlara yardım göstərməyib və bundan sonra da göstərməyəcək.

Finlandiya Prezidentinin sözlərinə görə, ölkəsi sadəcə beynəlxalq təşkilatlar vasitəsilə kürd xalqına, peyvəndlər də daxil olmaqla, humanitar yardım göndərib və bu yardımları etməyə davam edəcək.

Niinistö əlavə edib ki, üç ölkə tərəfindnə imzalanan anlaşmaya əsasən, yaradılacaq mexanizmə digər ölkələrin də dəvət olunmasını istəyir. Onun sözlərinə görə, Finlandiya terroru və Türkiyədə yaşanan terror aktlarını son dərəcə ciddiyə alır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   YPG  


Bizi "telegram"da izləyin