Ukrayna Rusiyanı Xəzərin hüquqi statusuna dair Konvensiyanı pozmaqda ittiham edib

2022/03/5d557-1648045392.jpg
Oxunub: 415     14:56     01 İyul 2022    
Ukrayna Xəzər regionu dövlətlərini Rusiya Federasiyasını beynəlxalq hüquqi öhdəliklərə, xüsusilə də “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyaya əməl etməyə məcbur etmək üçün hər bir səyi göstərməyə çağırır.

Ordu.az xəbər verir ki, bu, Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) Rusiyanın “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı pozmasına dair yaydığı bəyanatda əksini tapıb.

“Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulur.

Biz vurğulayırıq ki, Rusiya tərəfindən Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə raketlərin buraxılması Konvensiyanın müddəalarını kobud şəkildə pozur.

Ukrayna Konvensiyanın iştirakçısı olan dövlətləri Rusiya Federasiyasını Ukraynaya qarşı silahlı təcavüzü davam etdirmək məqsədilə Xəzər dənizinin akvatoriyasından istifadəni dayandırmağa, habelə həmin regionun daha da hərbiləşdirilməsinin və onun hər hansı silahlı münaqişəyə cəlb olunmasının qarşısını almağa təşviq etməyə çağırır”, - bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Xəzər  


Bizi "telegram"da izləyin