"İsveç terrorçuları Türkiyəyə təhvil verməlidir" - Ərdoğan

2022/07/1656671688.jpg
Oxunub: 383     14:34     01 İyul 2022    
İsveç bizim tələb etdiyimiz 73 terrorçudan 3-4 nəfərini göndərib, amma bu, kifayət deyil.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən qayıdandan sonra jurnalistlərə açıqlamasında deyib.

"Əlbəttə, bu prosesi bizim Ədalət Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli İstihbarat Təşkilatı nəzarət altında saxlayacaq və terrorçuların qaytarılmasını tələb edəcək. Bu, bizim tələblərimiz sırasındadır. Terrorçular təhvil verilməsə, biz zəruri addımlar atacağıq", - deyə o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə müəyyən şərtlər qarşılığında İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq vermişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin