Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Qeyd olunub ki, müharibədən il yarım sonra Ermənistan bir-birinin ardınca Azərbaycana güzəştlər edir, Nikol Paşinyan isə sadəcə olaraq həmin güzəştləri qanuniləşdirməklə məşğuldur.
“Növbəti güzəşt Laçın, Zabux və Sus icmalarına aiddir. Paşinyan bunu onunla əsaslandırır ki, Ermənistanı Qarabağa bağlayan yeni marşrut fəaliyyət göstərdikdən sonra (keçmiş – red.) DQMV hüdudlarından kənarda yerləşən ərazilər Azərbaycana keçəcək. O və peykləri 10 noyabr razılaşmasına istinad edirlər. Bu həm də ibtidai manipulyasiyadır”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, Ermənistanda ekspertlər Azərbaycanın Zəngəzur sektorunda yeni strateji mövqelərdə irəliləyə biləcəyindən və Qarabağa bağlayan bütün infrastrukturların (elektrik kabelləri, qaz kəməri və sair) Bakının tam nəzarəti altında olacağından narahatlıqlarını ifadə edirlər.
Alpər Mövludoğlu
Ordu.az