Şuşada qanunsuz yaşamış təxribatçı erməni: “Kiminlə danışıramsa, deyirəm ki, Şuşanı “qaytaracağıq””

2022/07/image-1656666561.jpg
Oxunub: 1114     21:09     01 İyul 2022    
“Azərbaycan tərəfinin yaydığı video lentlərdən də gördüyümüz kimi, xeyli sayda yaşayış binası sökülüb. İndi idarənin yanında hansısa əlavə bina tikirlər, bildirdiklərinə görə, ora iclas zalı və ya buna bənzər bir şeydir”.

Ordu.az xəbər verir ki, bunu Şuşada qanunsuz yaşamış ermənilərin başçısı Artsvik Sarkisyan deyib.

O qeyd edib ki, bundan əlavə, Şuşada məscidin təməli qoyulub, böyük məscid tikilir.

“Bunun nəyə xidmət edəcəyini bilmirəm. Kiminlə danışıramsa, deyirəm ki, ümidsiz olmasınlar, çünki Şuşanı “qaytaracağıq” (işğal – red.). “Doğma evimiz”i dərhal unutmamalıyıq. Şuşanı, Hadrutu, başqa rayon və kəndləri “almayacağımız”ı (işğal – red.) düşünən varsa, bu, Qarabağı tamamilə təhvil verəcəyimizi düşünməklə eynidir. Bu gün Xankəndidə yaşayaraq düşünürəm ki, burada müvəqqəti olaraq yaşayıram və bir gün Şuşaya qalxacağıq, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şuşa   Təxribatçı-erməni  


Bizi "telegram"da izləyin