Ordu.az xəbər verir ki, bunu Ermənistanın “İrs” partiyasının qurucusu Raffi Hovhannisyan bildirib.
“Nümunəvi dövlət başçısı belə danışmaz. Anladığımız qədər, bu və ya digər şəkildə müharibə gəlir... Hazırlaşmaq lazımdır. Amma eyni qanlı çaya eyni formada və eyni məzmunla girməklə yox. Torpağı qorumaq üçün bizə yeni siyasi-hərbi-metodoloji komandanlıq, hər şeydən əvvəl şəxsi üstünlüklər və əhval-ruhiyyə lazımdır. Həmçinin bütün cəmiyyət, bütün siyasi və vətəndaş sektorları Laçın, Zabux, ümumerməni qüvvələri ilə inşa edilmiş və fəaliyyət göstərən magistralın müdafiəsinə qalxmalıdır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az