“Bu cür məğlubiyyətçi münasibətlə bizim doğrudan da gələcəyimiz yoxdur” - Vardanyan

2022/07/12612-1656666379.jpg
Oxunub: 545     13:11     02 İyul 2022    
“Allah eləməsin, amma indi pis hadisələr yenidən baş versə, Paşinyan yenə ayağa qalxacaq və deyəcək ki, ruslar və rus sülhməramlılar günahkardır?”.

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransında Ermənistan Respublikaçılar Partiyasının şura üzvü Rafayel Vardanyan deyib.

“Bu nə deməkdir, o nə düşünür? Paşinyan son mətbuat konfransında bəyan etdi ki, Azərbaycan yenidən müharibəyə hazırlaşır. Bəs bundan sonra hansı sülh gündəmindən, hansı demarkasiyadan, hansı delimitasiyadan söhbət gedir? Paşinyan dedi ki, bunun üç gündən, üç aydan və ya üç ildən sonra olacağını bilmir, amma Azərbaycan müharibəyə hazırlaşır. Paşinyan kiminlə sülhə gedir, sülh nədir, sülhün sübh vaxtıdır, yoxsa qürub vaxtıdır? Bizim belə ölkələrlə bağlanılası sülhümüz yoxdur. Bu cür məğlubiyyətçi münasibətlə bizim doğrudan da gələcəyimiz yoxdur. Gələcək varmı? Onlarla gələcək yoxdur, bir an öncə onlardan qurtulmalıyıq. Paşinyanın səsləndirdiyi hər hansı fikir sadəcə manipulyasiyadır və o, əslində nə olduğunu demir. Paşinyan uzaqlaşsa, Laçın dəhlizi məsələsi yerinə düşəcək, bizim yeganə problemimiz Nikol Paşinyandır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məğlubiyyət   Vardanyan  


Bizi "telegram"da izləyin