Erməni hüquqşünas: “Qarabağın bu yaşayış məntəqəsində Azərbaycan vətəndaşlığına sahib olan insanlar yaşayırlar”

2022/07/image-1656666355.jpg
Oxunub: 1065     17:04     01 İyul 2022    
“Laçın və Zabuxda kimlər yaşayırsa, onlara qaçılmaz şəkildə növbəti təhvil gözlənilir”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq elmləri doktoru Gevorq Danielyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Qarabağın bu yaşayış məntəqəsində Azərbaycan vətəndaşlığına sahib olan insanlar yaşayırlar.

“P.S. Əgər bəyanatı rəhbər tutursunuzsa, onda düzgün davranın, bəyanatda isə aydın şəkildə qeyd olunub: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın (qondarma qurum – red.) ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır””, - deyə Danielyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Zabux   Azərbaycan  


Bizi "telegram"da izləyin