“Civilnet.am”: Laçın dəhlizinin eni danışıqlar sənədlərində qeyd olunmayıb?

2022/04/lachi-1651041906.jpg
Oxunub: 754     15:12     01 İyul 2022    
İyunun 27-də keçirilən onlayn mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyan yenidən Qarabağ münaqişəsinin həlli tarixinə toxunub və mübahisəli, əsassız iddialarla çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Civilnet.am” nəşri yazıb.

Nəşrə görə, mətbuat konfransı zamanı Paşinyan bir daha iddia edib ki, Laçın dəhlizinin eni danışıqlar sənədlərində qeyd olunmayıb.

Müəllif Paşinyanın sözlərini sitat gətirərək bildirib: “Keçmiş hakimiyyətin nümayəndələri var, deyirlər ki, Laçının dəhlizi belə olmalı idi, bu qədər kilometr en olmalı idi. Heç bir danışıq sənədində belə bir şey yoxdur”.

“Lakin əslində dəhlizin eni ən azı iki sənəddə göstərilib: 1997-ci ildəki mərhələli sənəd və 2001-ci ildəki Ki Uest sənədi. Maraqlıdır, Paşinyan mətbuat konfransı zamanı qeyd edib ki, əvvəlki danışıqlar sənədlərini internetdə tapmaq olar. Mətbuat konfransında Baş nazir Madrid prinsiplərinə istinad edərək Qarabağın “statusu” ilə bağlı onların nəzərdə tutduğu referendumun qeyri-müəyyən yerdə, vaxtda və iştirakçıların iştirakı ilə keçirilməsini iddia edib. Təkcə Madriddə deyil, Kazan sənədlərində də qeyd olunurdu ki, Qarabağın yekun “statusu” ilə bağlı referendum (plebisit) DQMV əhalisi arasında Qarabağ münaqişəsinin başlamasına, yəni 1988-ci ilə qədər olmuş milli (etnik) nisbətdə keçirilməlidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Laçın-dəhlizi  


Bizi "telegram"da izləyin