“Joğovurd”: 20 gün fərqlə deyilən fikirlər bir-birinə ziddir – Paşinyan, yoxsa Papikyan aldadır?

2022/07/timth-1656666030.jpg
Oxunub: 545     14:10     01 İyul 2022    
Hazırda Azərbaycanla yeni müharibə təhlükəsi görünmür.

Ermənistanın “Joğovurd” nəşri yazır ki, Ermənistan müdafiə naziri Suren Papikyan bu barədə üç həftə əvvəl ölkənin İctimai Televiziyasına müsahibəsində sərhəddə mütəmadi olaraq baş verən insidentləri qiymətləndirərkən bildirib.

“Papikyandan fərqli olaraq Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı xəbərdarlıq edib ki, Azərbaycan yeni müharibə üçün legitimlik yaratmağa çalışır və yeni müharibə hər an başımızda partlaya bilər. “Hazırda Ermənistan-Azərbaycan dialoqu masasında dərc olunmuş sənəddən başqa heç bir sənəd yoxdur. Onlar yeni müharibənin legitimliyini formalaşdırmağa çalışırlar. Üç aydan, üç ildən və ya otuz ildən sonra yeni müharibəni nəzərdə tuturlar, bu başqa məsələdir”, - deyə Ermənistan Baş naziri qeyd edib. Bəlkə də Paşinyanın yuxarıda qeyd olunan bəyanatı əslində daha çox cəmiyyətin müxalif sektorunu cilovlamaq üçündür, yəni mesajdır ki, əgər erməni cəmiyyəti sülh gündəminə və müqaviləyə qarşı çıxmağa davam edərsə, Azərbaycan buna müharibə ilə cavab verəcək. Bu bir faktdır ki, nə sülh sazişi, nə də yeni müharibə Ermənistanın maraqlarına uyğun deyil. O da faktdır ki, Paşinyan və onun kabinetinin nümayəndəsi olan Papikyanın 20 gün fərqlə müharibə və sülhlə bağlı dedikləri açıq-aşkar yalandır, çünki bir-birinə ziddir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Papikyan   Ermənistan  


Bizi "telegram"da izləyin