“7or.am”: Nikol deyir ki, Türkiyə və Azərbaycanın bütün tələblərini yerinə yetirməliyik

2022/06/1656573146.jpg
Oxunub: 556     11:34     02 İyul 2022    
2021-ci ilin növbədənkənar parlament seçkiləri zamanı Nikol Paşinyanın əsas oyun kartı, daha doğrusu, “mutilovka” onun rəqiblərinin müharibə gətirəcəyi, özünün isə sülh göyərçini olması idi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7or.am” nəşri yazıb.

Qeyd olunub ki, Nikol Paşinyan həmçinin 2018-ci il mayın 9-dan bəri sülhü təbliğ edir.

“Nikolun həyat yoldaşı gülləni əridirdi və zinət əşyaları düzəldirdi, həmçinin Mehriban Əliyevanı muğama qulaq asmaq üçün Qarabağa dəvət edirdi, Nikolun özü isə İlham Əliyevi tərifləyərək onun konstruktiv olduğunu və məsələnin həllini istədiyini deyirdi. Nikol 2020-ci il sentyabrın 27-dək həddən artıq sülhsevər olan bir düstur irəli sürdü: “Münaqişənin yekun həlli Ermənistan xalqını, Qarabağ xalqını və Azərbaycan xalqını qane etməlidir”. Nikolun “dinc” missiyasının necə başa çatdığı məlumdur. Nikol deyir ki, sülhün olması üçün Türkiyə və Azərbaycanın bütün şərtlərini, tələblərini yerinə yetirməliyik. O, həmçinin bütün güzəştlərdən sonra sülhün bərqərar olacağına zəmanətinin olmadığını deyir. Sonuncu konfrans zamanı o, Azərbaycanın yeni müharibəyə hazırlaşmasından danışdı. Halbuki sülh təbliğ və vəd edirdi”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin