Yəmən rəsmisi: “Husilərlə mübarizədə beynəlxalq aləmdən kömək istəyirik”

2022/01/Untit-1643009627.jpg
Oxunub: 343     13:44     01 İyul 2022    
Husilərin Yəmən xalqına qarşı törətdiklərinə, onların yaratdıqları problemlərlə mübarizədə biz beynəlxalq aləmdən kömək istəyirik.

Ordu.az xəbər verir ki, bu barədə Yəmən Nümayəndələr Palatasının spiker müavini Mohsen Ali Basorah Bakıda Qoşulmama Hərəkatının Bakı konfransında bildirib.

O deyib ki, onun ölkəsi iqtisadi, siyasi, səhiyyə, təhlükəsizlik sahəsində problemlərlə üzləşir:

“Yəmən QH-yə ilk illərində qoşulub, hərəkatın prinsiplərinə hər zaman dəstək verib. Biz ölkələrin daxili işlərinə müdaxiləyə, xarici müdaxilələrə qarşıyıq, xarici müdaxilələr nəticəsində yaranan münaqişələrin həllində bir-birimizə kömək etməliyik”.

O, çıxışında husilərin nəzarəti altında olan ərazilərdə vətəndaşların ağır vəziyyətdə olduğunu deyib: “Husilərin törətdiklərinə qarşı, onların yaratdıqları problemlərlə mübarizədə biz beynəlxalq aləmdən kömək istəyirik. Biz ölkəmizdə ötən ay müvəqqəti sülh bağlasaq da, gərginlik qalır. Husilərin nəzarətində olan ərazilərdə yaşayan vətəndaşlarımız əziyyət çəkir. Bu müharibə Yəməni çətin vəziyyətə salıb”.

Mohsen Ali Basorah ölkədə iqtisadi durumun ağırlaşdığını da vurğulayıb:

“Ticarət 12 milyarddan 3 milyard dollara düşüb. Adambaşına gəlir 1200 dollardan 200 dollara düşüb. Səhiyyə sahəsində problemlərimiz ağırlaşıb. Biz bu məsələlərin həllində sizin köməyinizi istəyirik. Dini məzhəbçilik məsələləri ölkəmizi dağıdır, parçalayır. Ona görə də biz qlobal ictimaiyyətə çağırış edirik ki, bu pozuntulara, dini parçalanmaya qarşı mübarizə aparsın. Biz qlobal ictimaiyyəti bu təhlükələrə qarşı mübarizədə bizə kömək etməyə çağırırıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər  


Bizi "telegram"da izləyin