Odessa əyalətinə raket zərbəsi nəticəsində ölənlərin sayı 19-a çatıb - YENİLƏNİB-2

2022/07/1656652314.jpg
Oxunub: 551     13:40     01 İyul 2022    
Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, raket hücumu nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.

6-sı uşaq olmaqla daha 38 nəfərin yaralandığını bildirib.

*****

Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Ordu.az “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Qeyd edilir ki, doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.

Məlumata görə, ikinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Raket zərbəsi istirahət mərkəzinin üç və dördmərtəbəli binalarının qismən dağılmasına səbəb olub, nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.

*****

Rusiya Ukraynanın Odessa vilayətinə yeni raket zərbəsi endirib.

Ordu.az xəbər verir ki, bu barədə Odessa hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk teleqram kanalında bildirib. O, qeyd edib ki, raket zərbəsi nəticəsində ölənlər var.

"Odessa vilayəti. Düşmənin raketi düşüb. Təəssüf ki, ölənlər var. Təfərrüatlar sonra...", - o bildirib.

Hadisə “Pivden” əməliyyat komandanlığından də jurnalistlərə də təsdiqlənib.

"Raket düşüb, ölənlər var", - komandanlıq qeyd edib.

"RBC Ukraina" isə Odessaya 2 raketin atıdlığını, onlardan birinin 9 mərtəbəli yaşayış binasına düşdüyünü xəbər verib. Qeyd edilir ki, binanın dağıntıları altından 6 nəfərin meyiti çıxarılıb. Hücum zamanı daha 7 nəfər xəsarət alıb, onlardan 3-ü uşaqdır.

Digər mətbu orqanlar Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə istinadən hücum zamanı 10 nəfərin həlak olduğunu xəbər veriblər.

Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Odessa   Taket   Zərbə  


Bizi "telegram"da izləyin