“Minsk və Moskva Kalininqradı təchiz edə biləcək” - Lukaşenko

2021/04/16184-1618417368.jpg
Oxunub: 360     14:11     30 İyun 2022    
Minsk və Moskvanın Kalininqrada heç bir müharibə və gərginlik olmadan mal çatdırmaq üçün kifayət qədər qüvvə və vasitələri var.

Ordu.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

“Onlar artıq iqtisadi müharibə elan ediblər. Tranziti bağlamaq nə deməkdir? Hamı hansısa Suvalsk dəhlizi haqında qışqırır. Biz bu haqda danışmırıq, amma qışqırırlar. İşarə verirlər? Deməli, Rusiya ilə Kalininqrada heç bir müharibə və gərginlik olmadan mal çatdırmaq üçün kifayət qədər qüvvə və vasitələrimiz var”, - Lukaşenko vurğulayıb.

Belarus Prezidenti Litva hakimiyyətinin siyasətini tənqid edərək, onların Rusiya və Belarusa qarşı məhdudiyyətlər tətbiq etməkdə həddindən artıq canfəşanlıq göstərdiyini qeyd edib: “Mən bu Litvanı misal çəkdim, hər şeyi Avropa İttifaqının üzərinə yıxırlar: “Biz yox, Avropa İttifaqı qərar verib”. Belə ki, orada qərarlar konsensusla verilir. Əgər görürsünüz ki, bu, Litvaya zərər verir və ya zərər verə bilər, onda buna səs verməyin, onda heç bir qərar qəbul olunmayacaq və ya bəzi istisnalarla qəbul edəcəklər. Amma onlar qatarın qabağında qaçırlar”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin