“Türkiyə Qafqazda mövqeyini gücləndirib, məsuliyyəti Rusiya ilə bölüşür” - Danielyan

2021/08/Danie-1629536245.jpg
Oxunub: 370     13:32     06 İyul 2022    
“Hazırkı baş nazirə imkan versək, çətin təkcə Laçınla məhdudlaşaq: biz mütəmadi olaraq təkcə Qarabağda deyil, Ermənistanda da ərazilər verəcəyik”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan yazıb.

Onun sözlərinə görə, bütün bu hadisələrə Qərblə Rusiya arasında mübarizənin getdiyi Ukraynadakı müharibə kontekstində baxmaq lazımdır.

Danielyan qeyd edib ki, NATO-nun öz sərhədlərinə yaxınlaşmasına imkan verməmək Rusiyanın siyasətidir.

“Eyni proses bizim gölgəmizdə də gedir. Qars müqaviləsindən sonra 2020-ci il noyabrın 10-da yeni Rusiya-Türkiyə müqaviləsi imzalanıb, Türkiyə Qafqazda mövqeyini gücləndirib və bu regionun məsuliyyətini Rusiya ilə bölüşür”, - deyə erməni politoloq vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Qafqaz  


Bizi "telegram"da izləyin