Paşinyanı müşayiət edərkən hamilə qadını vurub öldürən mayor azadlıqda qalacaq

2022/06/sdf78-1656581299.jpg
Oxunub: 345     13:27     01 İyul 2022    
“Ermənistan Cinayət Apellyasiya Məhkəməsi Sona Mnatsakanyanı vurmuş mayoru, yəni Ermənistan Baş nazirini müşayiət edən yol polisi avtomobilinin sürücüsünü həbs etmək tələbi ilə prokuror tərəfindən verilmiş şikayəti rədd edib, sürücünü azadlıqda buraxıb”.

Ordu.az xəbər verir ki, bunu erməni vəkil Raffi Aslanyan “Facebook” səhifəsində yazıb.

“Cinayət işinin ibtidai istintaqının görünən gedişatının digər halları göstərir ki, Sona Mnatsakanyanın ölümündə təqsirli olan şəxslərin bundan sonra da cəzasız qalması, o cümlədən sübutların məhv edilməsi üçün dövlət sifarişi çərçivəsində hər şey həyata keçirilir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Hamilə-qadın   Ölüm   Polis  


Bizi "telegram"da izləyin