“Hraparak”: Paşinyan Ermənistan naminə zərrə qədər də qurban verməyə hazır deyil

2022/06/timth-1656580961.jpg
Oxunub: 347     12:07     01 İyul 2022    
Müharibə həm qalib gələn, həm də uduzan tərəf üçün lakmusdur. 44 günlük müharibədən sonra Ermənistan biabırçı davranışları ilə özünü göstərib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistanda Nikol Paşinyanı daim kapitulyasiya sənədi imzalamaqda ittiham edirlər.

“Əlbəttə, bu, erməni xalqına arxadan zərbə vurmaq əməliyyatı idi. Bu “akt” dəhşətli idi, amma Paşinyanın həyata keçirdiyi daha dəhşətli bir şey var. Xalqın iradəsinə zidd olaraq həyata keçirilən bir aktla kifayətlənmək olardı, lakin o, dayana bilmir. Yalnız hansısa şeylərdən çıxış edərək dayana bilməyən manyaklar belə davranırlar. Napoleonun Ermənistanda saxlanılan əlyazmalarından birini xatırlatmaq istəyirəm. Orada imperator məğlubiyyətdən sonra istefa verib və bu əlyazmanı buraxıb: “...imperator andına sadiq qalaraq, övladları adından Fransa və İtaliya taxtlarından imtina etdiyini, Fransa üçün etməyə hazır olmadığı heç bir qurbanın, hətta həyatın belə olmadığını bildirir”. İndi soruşmaq istəyirəm ki, Nikol Paşinyan niyə istefa vermir? Və yalandan bəhanələr gətirir ki, guya xalq ona “torpağı təhvil vermək” üçün etimad səsi verib. Fransa xalqı Napoleona sitayiş edirdi, lakin o istefa verdi. Nikol Paşinyan Ermənistan naminə zərrə qədər də qurban verməyə hazır deyil. O, Azərbaycana və ölkəsinə qarşı olan qüvvələr uğrunda bütün fədakarlıqları edir. Paşinyan yalnız onların xahişi ilə istefa verəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin