ABŞ beynəlxalq axtarışda olan terrorçunu Türkiyəyə təhvil verib

2022/06/1656572167.jpg
Oxunub: 334     10:50     30 İyun 2022    
Beynəlxalq axtarışda olan terrorçu və narkotik ticarət qaçaqmalçısı Memet Gezer ABŞ-dan Türkiyəyə ekstradisiya olunub.

Ordu.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, o, ABŞ-da narktok maddələrin qanunsuz satışı ilə bağlı həbsdə saxlanırmş.

Məlumata görə, Reyhanlıda törədilən terror hadisəsini planlaşdıran Yusuf Nazik ifadələrində hücumun təlimatını Memet Gezerin verdiyini deyib.

Qeyd edək ki, 2013-cü il mayın 11-də Türkiyənin cənubunda, Suriya ilə sərhəddə yerləşən Reyhanlı şəhərində terror törədilib. Həmin vaxt yerli icra hakimiyyətinin binasında və şəhərin sənaye bölgəsində minalanmış avtomobillərin 15 dəqiqə fasilə ilə partladılması nəticəsndə 52 nəfər ölüb, 155 nəfər yaralanıb, bir neçə binaya zərər dəyib.

Memet Gezer 1967-ci ildə Türkiyənin Antakya bölgəsində anadan olub. O, narkotik maddələrin hazırlanması və satışı ittihamı ilə qırmızı bülletenlə beynəlxalq axtarışda olub. Ona qarşı “silahlı terror qruplaşmasına üzv olmaq”, “dövlətin birliyi və bütövlüyünü pozmaq” kimi 17 məsələ üzrə ittiham irəli sürülüb və Türkiyə üzrə barəsində axtarış elan olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin