“Məcburi müddətli hərbi qulluqçular döyüş növbətçiliyini səmərəli yerinə yetirmirlər” - Abrahamyan

2019/11/zinvo-1574317949.jpg
Oxunub: 366     10:34     30 İyun 2022    
“Baş Qərargahdan ön xətdəki məcburi müddətli hərbi qulluqçuları tədricən müqaviləli hərbi qulluqçularla əvəzləmək məsələsindən danışdılar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrində müqaviləli şəxsi heyətin tədricən artırılması son 2 onillikdə gündəmdə olan məsələ olub və müqavilə əsasında çalışan işçilərin sayı ildən-ilə artır.

“İkincisi, adamda belə təəssürat yarana bilər ki, məcburi müddətli hərbi qulluqçular döyüş növbətçiliyini səmərəli yerinə yetirmədikləri üçün bu addımı atırlar. Silahlı Qüvvələrdə baş verən hər hansı dəyişiklik sistem dəyişikliyi kontekstində nəzərdən keçirilməlidir, çünki hesaba alınmayan hər hansı proqram, dəyişiklik öz dairəsində işləyə bilər, lakin digər dairələrin normal xidmətinə xələl gətirə bilər”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin