Erməni ekspert: “Laçın və Zabux təhvil verilirsə, Sus da təhvil veriləcək”

2022/06/1656570048.jpg
Oxunub: 496     10:15     30 İyun 2022    
“Laçın və Zabux təhvil verilirsə, Sus da təhvil veriləcək, çünki Sus Laçın dəhlizinin kənarında yerləşir”.

Ordu.az xəbər verir ki, bunu erməni media eksperti Nairi Hoxikyan deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il bəyanatının 6-cı bəndinin 2-ci yarımbəndinə əsasən, Rusiya sülhməramlıları Laçın dəhlizində yerləşdirilməlidir və tərəflərin razılığı ilə Laçın dəhlizində yeni yolun inşa edilməsi planı 3 il ərzində işlənməlidir.

“Bu, 2020-ci il bəyannaməsində qeyd olunan Laçın dəhlizində dair hissədə bildirilir. Nikol Paşinyan ötən gün bu mövzuda qaldırılan səs-küyə görə niyyətini etiraf etməli olub”, - deyə Hoxikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin