Zabuxda qanunsuz yaşayan təxribatçı erməni: “Onların pulemyotları patron atırsa, bizimkilər su atmır”

2022/06/1656565791.jpg
Oxunub: 1877     09:43     30 İyun 2022    
“Ordumuz yoxdur? Hkimiyyətimiz yoxdur? Ermənistan tərəfi niyə güzəşt mövqeyi tutub? Mən nə Paşinyanın, nə də İlham Əliyevin istəklərinin icraçısı deyiləm”.

Ordu.az xəbər verir ki, bunu Laçın rayonunun Zabux kəndində qanunsuz yaşayan ermənilərin rəhbəri Andranik Çavuşyan deyib.

“Bir metr torpağı itirməmək üçün qurban verirdik, indi insan canını qurtarmaq üçün torpaq veririk? Kim dedi ki, bizə belə həyat lazımdır? Bizə kölə həyatı lazım deyil. Çox şey deyə bilərlər. İlham Əliyev deyir ki, Göyçə və İrəvan da Azərbaycanındır, bizim deməyə sözümüz yoxdur? İndi kimin sözünü əsas qəbul etməliyəm, İlham Əliyevin? Zabuxda hamımız gündəlik həyat yaşayırıq, düşünürəm ki, bu və digər ayların proqramlarını necə həyata keçirək. Qoy belə bir təəssürat yaransın ki, mən real baxmıram. Mən real baxıram, ona görə də güzəşt mövqeyi qəbul etmirəm. Onların pulemyotları patron atırsa, bizimkilər su atmır. Biz heç yerə getmirik və heç kim Paşinyana Zabuxu təhvil vermək hüququ verməyib. Çıxıb hara gedək, nə etməlidirlər, öldürməlidirlər? Qoy gəlib öldürsünlər, bizə kölə həyatı lazım deyil”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Zabux   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin